Qalmaqallı tiktokerlə bağlı tədbir görüldü - DİN-dən AÇIQLAMA

29.01.2024 14:17
263
65b77b56ea19c202401241758

Xəbər verdiyimiz kimi, "TikTok"da "Jalilov" adı ilə məşhurlaşmış şəxsin yaşlı qadına qarşı hərəkəti müzakirələrə səbəb olub.

DİN mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Metbuat.az-a bildirib ki, yetkinlik yaşına çatmayan şəxs A.C valideyni ilə birgə polis idarəsinə dəvət olunaraq araşdırılıb.

Valideynin iştirakı ilə onun sağlamlıq vəziyyəti nəzərə alınaraq müvafiq xəstəxanaya yerləşdirilməsi təmin olunub.