“Qalatasaray” “Neftçi” ilə oyunda tarix yaza bilər

17.09.2020 10:42
294

Avropa Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşacaq “Qalatasaray” klubu Türkiyə futbol tarixinə düşə bilər.

AZSABAH.COM-un məlumatına görə, bunun üçün İstanbul təmsilçisi bu gün Bakı Olimpiya Stadionunda baş tutacaq matçda qələbə qazanmalıdır.

Belə olarsa, “cim-bom” avrokuboklarda 100-cü qalibiyyətini əldə edəcək. “Sarı-qırmızılılar”ın indiyə qədər Avropa arenasında 99 qələbəsi, 75 heç-heçəsi, 111 məğlubiyyəti var. Fatih Terimin kollektivi “Neftçi”ni üstələyərsə, avrokuboklarda 100-cü qələbəsini qazanan ilk Türkiyə təmsilçisi olacaq.

Qeyd edək ki, “Neftçi” – “Qalatasaray” görüşü saat 20:00-da başlayacaq.(Apasport.az)

Loading...

close
close