Qadınlarda olan bu problem xəyanətə səbəb olur: "Mütləq şəkildə..."

06.02.2024 18:04
324
65c23cb94f46c202402240545

Qadınlarda cinsi istəksizlik günümüzdə çox aktuallaşıb. Bu problem yalnız indi deyil, həmişə mövcud olub.

Bəs qadınlarda olan bu istəksizliyin səbəbi nədir? 

Azsabah.com mövzu ilə bağlı Sfera.az-a danışan ginekoloq Sevinc Hüseynova bildirib ki, əvvəllər cəmiyyətimizdə qadınlarda cinsi istəyin olması birmənalı qarşılanmırdı.

“Xanımlar ümumiyyətlə bunu problem olaraq görməyiblər. Lakin son zamalar bununla bağlı həm psixoloji yardım alan, həm də ginekoloqlara müraciət edən xanımların sayı artıb. Cinsi istəksizlik hormonal və psixoloji problemlərlə bağlıdır. Bu istəyin olması digər tələbatlarımız qədər təbiidir. Qadınlarda olan cinsi istəksizlik ailələrdə məişət problemlərinin yaranmasına yol aça bilir”.

Ginekoloq diqqətə çatdırıb ki, qadınlarda cinsi istəksizlik varsa, o, mütləq şəkildə müalicə olunmalıdır. 

“Əgər bu problemin kökündə psixoloji səbəblər varsa, bu barədə psixoloqdan kömək almaq lazımdır. Çünki qadınlarda olan bu problem yoldaşlarının onlara xəyanət etməsinə və ailədən uzaqlaşmasına səbəb olur”.