"Partnyorundan istədiyini ala bilməyən şəxslər…” - Psixoloq şok sirləri açdı
"Xəyanət edən kişilərin əksəriyyətinin psixoloji problemi var. Onlar uşaq vaxtı müəyyən zövqlərdən məhrum qalıblar. Amma xəyanəti yanlız kişi ilə əlaqələndirmirik. Partnyorundan istədiyini ala bilməyən şəxslər də xəyanətə üstünlük verir. Qadınların baxımsızlığı xəyanətə səbəb olan faktorlardandır".
Azsabah.com xəbər verir ki, bunu Sfera.az-a müsahibəsindəpsixoloq-seksoloq Ləman Mustafayevabildirib.
Müsahibəniin I hissəsini təqdim edirik:
- Seksoloq kimdir?
- Seksoloq mütləq şəkildə psixoloq olmalıdır. Seksoloji problemlər elə psixoloji səbəblərdən meydana gəlir. Bundan əlavə bölgü olaraq seksoloq, seksopatoloq və seksoterapist mövcuddur. Seksopatoloq dərman müalicəsi yaza bilir. Amma seksoloqun dərman müalicəsi yazmaq ixtiyarı yoxdur.
- Son zamanlar qrup seksi geniş yayılıb. Nəyə görə insanlar eyni zamanda bir neçə nəfərlə seksdən zövq alır?
- Bəzən bu, maraqdan irəli gəlir. İnsanlar ya videolarda görür, ya da kimdənsə eşidir. Ümumiyyətlə, bu hissi bilmək üçün qrup seksinə müraciət edirlər. Digər bir amil isə doyumsuzluq amilidir, yəni bu insan bir insanla kifayətlənə bilmir.
- Türkiyədə aparılan bir araşdırmaya görə, Azərbaycanda 79% qadın yataq münasibətində yoldaşından narazıdır. Buna səbəb nədir?
- Bizdə mentalitet dəyərləri güclüdür deyə, kişilər intim münasibətə fərqli yanaşırlar. Sevişmədən həmin prosesə keçmək ən böyük problemlərdən biridir. Qadınları orqazm həddinə çatdırmamış boşalırlar. Bəzi qadınlar, ümumiyyətlə, orqazm anlayışının nə olduğunu bilmirlər. Hətta bir pasiyent orqazm həddinə çatanda panik atak keçirdiyini düşünmüşdü.
- Bəs orqazm nədir?
- Kişilərdə olduğu kimi qadınlarda da boşalma prosesi mövcuddur. Bu prosesə orqazm deyilir.
- Nəyə görə kişilər bir qadınla kifayətlənə bilmir və xəyanətə meyillənirlər?
- Xəyanət edən kişilərin əksəriyyətinin psixoloji problemi var. Onlar uşaq vaxtı müəyyən zövqlərdən məhrum qalıblar. Amma xəyanəti yanlız kişiylə əlaqələndirmirik. Partnyorundan istədiyini ala bilməyən şəxslər də xəyanətə üstünlük verir. Qadınların baxımsızlığı xəyanətə səbəb olan faktorlardandır.Yalnız cinsi münasibət yox, başqa bir qadınla yazışmaq belə xəyanət sayılır. Bəzən isə kişi partyorunu orqazm həddinə çatdır bilmir və erkən boşalma problemini partnyoru ilə əlaqələndirir. Buna görə tez-tez partnyor dəyişir. Hamiləlik dövrü qadınların ən çox aldadıldığı dövrdür. Əgər həkim tövsiyəsi ilə cinsi münasibətə icazə verilmirsə, kişi buna hörmətlə yanaşmalıdır. Amma kişilərin əksəriyyəti mənim hisslərim və tələbatım var deyərək başqa qadınlara üz tuturlar. Qadınlar hamiləlik bitdikdən sonra da cinsi münasibətdə müəyyən problemlər yaşayırlar. Hormonların da özünə gəlməsi üçün müəyyən zaman lazımdır. Yoldaşından istilik, sevgi görməyən qadınlar da axtarışda olur.
- Cinsi sadizm və mazoxizm nədir? Nəyə görə insanlar partnyoruna zülm verməkdən və qarşı tərəf də zülm görməkdən zövq alır?
- Bu çox aktual bir məsələdir və gənclər arasında da sürətlə yayılır. Qarşı tərəfi incidərək zövq alan insanlar travmatik insanlardır. Uşaq vaxtı daim alçalmış, şiddətə məruz qalan insanlarda bu hallarla daha çox rastlaşırıq. İnsanlar bəzi hallarda isə şəkil və videolarda gördüklərini sınamaq üçün bunu edirlər.
- Kişilərdə olan erkən boşalmanın əsas səbəbləri nədir?
- Boşalma özü 3 yerə ayrılır: normal, erkən və daha sürətli. 1 dəqiqədən yuxarı sürətli, 3 dəqiqədən yuxarı erkən, 5 dəqiqədən yuxarı isə normal boşalma sayılır. Burada yaş məsələsi də olduqca vacibdir. Yaşı 25-dən yuxarı insanlarda 5 dəqiqə və daha çoxu normal sayırıqsa, 40 yaşdan yuxarı insanlarda 3 dəqiqəni normal sayırıq.Qidalanma, stress və iş gərginliyi də buna təsir göstərən amillərdəndir. Gec boşalma da problem sayılır. 15-20 faiz insanda bu problem var.
Bir neçə qadınla intim münasibət yaşayan kişi bir qadını, həqiqətən, sevə bilərmi?
- Kişi bir neçə qadınla cinsi münasibətdə ola bilər. Amma onun bir qadına qarşı olan hissləri və yanaşması daha fərqli olur.
- Seksdə sərhəd olmalıdır?
- Sərhədləri yaradan biz insanlarıq. Sərhədin olacağını və yaxud olmayacağını əvvəldən partnyorla danışmaq lazımdır. Sərhədlərin olub-olmaması insanlardan asılı olan bir haldır.
- Gənc oğlanların orta yaşlı xanımları sevmə səbəbləri nədir?
- Onlardan daha çox qayğı və diqqət görürlər. Bu xanımlar artıq xarekter baxımından oturuşmuş olurlar və qarşısındakı insana hörmətlə yanaşırlar. Uşaq vaxtı anasına çox bağlı olan oğlanlarda bu hal baş verir. Ümumiyyətlə, ana sevgisindən məhrum böyüyənlər də yaşca özlərində böyük xanımlara maraq duyurlar.
- Peşənizlə bağlı hansısa çətinliklər yaşamısınız?
- Seksologiya dedikdə hamının gözü böyüyür. Ancaq seks sözünü eşidirlər. Bu, həyatın qanunudur. Bəşəriyyətin yaranmasını bu prosesə borcluyuq. Məni peşəmə görə qınayananlar, mənfi rəy bildirənlər hazırda mənim pasientlərimdir.Mən əslən yəhudiyəm. İki ali təhsilimi də Rusiyada almışam və İsraildə işləmişəm. Hazırda Azərbaycanda bu sahə üzrə fəaliyyət göstərən ilk qadınam.
- Seks rutini necə olmalıdır?
- Gənc insanlar həftənin 7 günü də münasibətdə ola bilərlər. 45 yaşdan yuxarı insanlarda isə həftədə 3 dəfəni normal sayırıq. 50 yaşı ötdükdə həftədə 2 dəfə cinsi münasibətdə olmaq normal sayılır.
- Sekslə məşğul olmamağın qadınlara nə kimi ziyanı var?
- İntim münasibətdən uzaqlaşmaq qadınlar üçün çox zərərlidir. Cinsi həyatı olmayan qadınlarda hormonol dəyişikliklər və kistalar yarana bilir, libidosu aşağı düşür. Onlar çox aqressiv olurlar.
- Pornovideolara baxmağın ziyanı nədir?
- Bir çox insan pornovideolara baxaraq masturbasiya edir. Masturbasiya etməyin heç bir ziyanı yoxdur. Masturbasiyanı düzgün etmək lazımdır. Əl və ayaq kremlərindən istifadə etmək düzgün deyil. Mən pornoya baxmağa icazə vermirəm, amma bir insan pornosuz yaşaya bilmirsə, yanlız bir aktyoru seçməlidir. Çünki biz bilirik ki, pornoqrafiya bir filmdir.
- Bəzi qadınlar seks zamanı penisin ölçüsündən şikayətlənirlər. Bəs ideal intim münasibətdə bu faktorun əhəmiyyəti varmı?
- Qadının ilk cinsi münasibətidirsə, o, penisin ölçüsünün böyük və yaxud balaca olduğunun fərqinə varmayacaq. Əgər bir qadın ölçüdən şikayətlənirsə, biz onun başqası ilə cinsi münasibətinin olub-olmadığını sorğulayırıq. Deməli, bu, onun ilk cinsi münasibəti deyil.
- Son zamanlar insanlar qarşı tərəfi özünüə cəlb etmək üçün bir sıra taktikalardan istifadə edirlər. Bu taktikaların faydası olurmu?
- İnsanlar münasibət zamanı bir-birilərinə qarşı səmimi olmalıdırlar. Əgər bir insan partnyoruna qarşı addım atmaq istəyirsə, həmin addımı atmalıdır. Yəni bu taktikalar insanların daha da uzaqlaşmasına səbəb olur.