Qadına kömək etmək istəyən qazi vəhşicəsinə öldürüldü – TƏFƏRRÜAT – VİDEO

10.03.2024 00:10
400
65ecc2e0b8713202403241320

2022-ci ilin avqustun 14-də 3-cü Alatava massivinin Salamzadə küçəsində dəhşətli cinayət baş verib.

1999-cu il təvəllüdlü Bəxtiyar Qarayev dava zamanı ictimai borcunu yerinə yetirən Niyaməddin Muradovun ürəyinə və bədəninin digər nahiyyələrinə çıxsaylı bıçaq zərbələri vuraraq onu öldürüb. Hadisədən bir neçə saat sonra o, 20-ci polis bölməsinə gələrək təslim olub.

Aparılan araşdırmalarla 1999-cu il təvəllüdlü Bəxtiyar Qarayevin aralarında yaranan mübahisə zamanı əvvəldən tanımadığı Niyaməddin Muradovun döş qəfəsinin sol yarısına bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Hadisə Bəxtiyar Qarayev qeyri-rəsmi saxladığı qadını döyən zaman baş verib. Qadına kömək üdən 3 nəfərlə Bəxtiyar Qarayev arasında dava düşüb. Dava zamanı Niyaməddin Muradov bıçaqlanıb. Aldığı ağır yaraların nəticəsində Niyaməddin xəstəxanada vəfat edib.

Xatırladaq ki, qətlə yetirilən Niyaməddin Muradov Vətən müharibəsi iştirakçısıdır. O, “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib.