Qadın kişini qanına qəltan etdi - BAKIDA

07.05.2020 10:12
245

Bakıda qadın kişini bıçaqlayıb.

AzSABAH.COM-un məlumatına görə, hadisə Xəzər rayonu, Şüvəlan qəsəbəsində qeydə alınıb.

Binə qəsəbə sakini, 1991-ci il təvəllüdlü X.İsmayılov kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olub.

Xəzər rayon Cinayət Axtarış Şöbəsinin və 1-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü İ.Mustafayeva saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.Apa

Loading...

close
close