Putinin gələcəyi ilə bağlı SENSASİON AÇIQLAMA: Yaxın ətrafı...

21.04.2022 10:21
198
photo_68826730

Gürcü aktyoru, rejissoru və müğənnisi Vaxtanq Kikabidze Ukraynanı qətiyyətlə dəstəkləyən, Rusiyanın bu ölkəyə təcavüzünü pisləyən sənətçilərdəndir. 

AZSABAH.COM xəbər verir ki, o, müsahibəsində Rusiya prezidenti Vladimir Putinin gələcək taleyilə bağlı proqnoz verib.

Kikabidzenin fikrincə, dövlət başçısı ya yaxın ətrafı tərəfindən devriləcək, ya da Ukraynada törətdiyi cinayətlərə görə onu Tanrı cəzalandıracaq.

“Biz hamımız xristianıq. Əgər O (tanrı – red.), həqiqətən də mövcuddursa, hər şeyi görür. Tarix ağ-qara yazılıb. Ona görə də bütün pis işlər cəzalandırılır. Tarix artıq bunu sübut edib. Mən buna əminəm. Onun geri qayıtması çox çətin olacaq”, - deyə aktyor bildirib.

Kikabidze əmindir ki, Putinin səhhətində mütləq problemlər var. Çünki heç bir sağlam şəxs yaxın qonşuya - müstəqil və suveren dövlətə qarşı belə vəhşiliklərə icazə verə bilməz.