Putin ŞOK QARABAĞ PLANINI İŞƏ SALDI: Sabah deyəcək ki... - SENSASİON DETALLAR

30.10.2022 19:14
4704
Putin

"Xankəndidəki etiraz aksiyasının sabah Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında keçiriləcək görüşdən öncə baş verməsi təsadüf hesab edilə bilməz. Burada Rusiyanın iştirakını istisna etmirəm".

AZSABAH.COM xəbər verir ki, bunu Musavat.com-a politoloq Samir Hümbətov deyib.

66818-1643785767 (1).jpg (199 KB)

Politoloq bildirib ki, Vladimir Putinin "Valday" Diskussiya Klubunda çıxışı zamanı Ermənistanla, Qarabağla bağlı məsələlərə toxunaraq açıqlama verməsi indi Xankəndidə baş verənlərin başlanğıcı idi:

"Yəni Xankəndidəki etiraz aksiyası "Valday" klubunun məntiqi ardıcıllığı kimi də qiymətləndirilə bilər. Çünki Putin orada çıxşı zamanı bildirdi ki, biz sülhlə bağlı Ermənistana təzyiq etməyəcəyik. Dedi ki, Ermənistan "5+2" formatı ilə razı olmadı. İndi isə ABŞ Vaşinqton variantını istəyirsə, buyursun, biz razıyıq. Verilən açıqlamadan aydın olur ki, deməli, Rusiya heç də Ermənistan və Azərbaycan arasında sülhün əldə edilməsini istəmir. Hətta Ermənistan parlamentinin spikeri Alen Simonyan açıqlama verərək bildirdi ki, əgər Ermənistan və Azərbaycan arasında sülh əldə edilərsə, Rusiya sülhməramlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsində qalmasına ehtiyac olmayacaq. Ermənistan da vəziyyəti başa düşür ki, Rusiyanın oradan çıxmasının yeganə yollarından biri Ermənistanla Azərbaycan arasında sülhün əldə edilməsidir. Digər tərəfdən, Rusiya da bilir ki, Ermənistanla Azərbaycan arasında sülh olacaqsa, sülhməramlıların bölgədə qalmasına ehtiyac qalmayacaq. Düşünürəm Xankəndidəki aksiya ona hesablanıb ki, Putin Soçidə bildirsin ki, baxın, Ermənistanın nə etməsindən asılı olmayaraq, insanlar bizi istəyir, biz Xankəndidə qalmalıyıq. Rusiya ciddi cəhdlə bölgədə qalmağa çalışır. Bu da sülhməramlıların mandatının uzadılması yolu ilə baş verə bilər".