Putinin səhhəti ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI - Lavrov ELAN ETDİ

30.05.2022 00:52
293
photo_91811196

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya prezidenti Vladimir Putinin səhhətinin pis olması ilə bağlı məlumatları təkzib edib.

AZSABAH.COM xəbər verir ki, bu barədə “Report” TASS-a istinadən məlumat verir.

"Prezident Vladimir Putin hər gün ictimaiyyət qarşısına çıxır. Siz onu televiziya ekranlarında izləyə, çıxışlarını oxuya və dinləyə bilərsiniz. Düşünmürəm ki, ağlı başında olan insanlar bu insanda hansısa xəstəlik və ya xəstəlik əlamətlərini görə bilsinlər", - Lavrov deyib.