Putindən SON DƏQİQƏ kritik Qarabağ AÇIQLAMASI: Bundan sonra...

27.01.2021 16:38
29644

“Üçtərəfli bəyanat ardıcıl olaraq həyata keçirilir. Qan tökülməsini dayandırmağı, tam atəşkəsə nail olmağı və sabitləşmə prosesinə başlamağı bacardıq”.

AZSABAH.COM xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Davos forumunda çıxışında söyləyib.

“İndi beynəlxalq əməkdaşlıq qarşısında zərərçəkənlərə yardım göstərmək və qaçqınların geri qaytarılması, tarixi abidələrin qorunması və bərpası ilə bağlı humanitar problemlərin həlli məsələləri dayanır”, - o bildirib.

O deyib ki, beynəlxalq ictimaiyyətin, xüsusən də münaqişənin tənzimlənməsində iştirak etmiş ölkələrin qarşısında bundan sonra ziyan dəymiş rayonlara yarıdm göstərmək, qaçqınların qayıtması ilə əlaqədar humanitar problemlərin həlli, dağıdılmış infrastrukturun bərpası, tarixi, dini və mədəni abidələrin bərpası kimi tapşırıqlar dayanır.

Loading...