Putindən Qarabağla bağlı SON DƏQİQƏ AÇIQLAMASI: Ermənistanla sərhəddə...

08.08.2022 20:48
11229
Putin

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığı zamanı Qarabağ ətrafındakı vəziyyəti müzakirə edib.

AZSABAH.COM-un Report”a istinadən məlumatına görə, bu barədə Kremlin saytında yerləşdirilən məlumatda deyilir.

“Ermənistan-Azərbaycan sərhədində təhlükəsizliyin təmin edilməsi məsələləri müzakirə olunub. Bu kontekstdə Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 2020-ci il 10 noyabr, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli sazişlərin bütün müddəalarının həyata keçirilməsinin vacibliyi təsdiq edilib”, - məlumatda qeyd olunur.