Putindən İrəvanı ŞOKA SALACAQ AÇIQLAMA: Azərbaycan deyir ki...

29.10.2020 18:16
6

Sovet İttifaqının o zamankı rəhbərliyi insanların təhlükəsizliyini təmin etmək üçün effektiv bir tədbir görmədi və ermənilər silahlandılar.

AZSABAH.COM xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin "Rusiya çağırır" investisiya forumunun plenar iclasındakı çıxışında deyib.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışan Rusiya prezidenti SSRİ-ni Qarabağdakı ilk münaqişə zamanı laqeydlikdə günahlandırıb.

O, ittifaq rəhbərliyini insanların təhlükəsizliyini təmin etmək üçün effektiv tədbirlər görməməkdə ittiham edib: “Dağlıq Qarabağdakı qarşıdurmada hər kəsin öz həqiqəti var, sadə həll yolları yoxdur, düyün çox mürəkkəbdir. Münaqişə nə ilə başladı? Etnik toqquşmalarla. Sovet İttifaqının o zamankı rəhbərliyi insanların təhlükəsizliyini təmin etmək üçün effektiv bir tədbir görmədi və ermənilər silahlandılar. Bu, Dağlıq Qarabağ və Azərbaycanın daha 7 bölgəsinin Ermənistanın nəzarəti altında olmasına gətirib çıxardı. Azərbaycan bu 7 bölgənin nə etnik qarşıdurma, nə də Ermənistanla heç bir əlaqəsi olmadığını söyləyir. Bunlar qədim Azərbaycan əraziləridir. Azərbaycan deyir ki, bu əraziləri geri qaytarmaq hüququmuz var".

Loading...