Putindən Azərbaycanla bağlı MÜHÜM AÇIQLAMA: 2024-cü ildə...

13.10.2022 22:25
4513
Putin
"Rusiya Azərbaycanın aparıcı iqtisadi-ticari tərəfdaşlarından biri kimi qalmaqdadır".

AZSABAH.COM xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Astanada Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.

Rusiya lideri qeyd edib ki, iki ölkə arasında əmtəə dövriyyəsi artır:

"Məncə, ötən il 14 faiz artıb, bu ilin ilk 7 ayı ərzində 7 faizdən çox artıb. Bizim iqtisadi operatorlar Azərbaycan iqtisadiyyatına 4,5 milyard dollar sərmayə yatırıblar. Hökumətlərarası Komissiyanın həmsədrləri müntəzəm görüşürlər. İşlər Sizin təklif etdiyiniz plan üzrə gedir. Düşünürəm ki, 2024-cü il də daxil olmaqla, Sizin tərəfinizdən təklif olunan bir sıra perspektivli, maraqlı layihələr üzrə gedir".

"Təbii ki, biz regionda vəziyyətin nizamlanması ilə bağlı məsələləri də həmişə diqqətdə saxlayırıq. Ümidvaram ki, bütün bu məsələlər üzrə bir daha danışmaq fürsətindən də istifadə edəcəyik və mövqelərimizi dəqiqləşdirəcəyik", - Putin əlavə edib.