Putin yeriyərkən sağ qolunu buna görə sabit saxlayır - İNANILMAZ SƏBƏB / FOTOLAR

05.01.2024 08:28
274
659786f031f27202401243456

Ukraynada müharibənin davam etdiyi bir vaxtda Rusiya prezidenti Vladimir Putinin yerimək tərzi yenidən gündəmə gəlib.

Putinin yeriyərkən sağ qolunu sabit saxlaması bəzi iddiaların ortaya atılmasına səbəb olub. Məsələ barədə araşdırmaları davam etdirən portuqaliyalı, italiyalı və hollandiyalı nevroloqlar iki ehtimal irəli sürüblər. Birinci ehtimala görə, Putinin sağ qolunu sabit saxlaması onun səhhətindəki xəstəliklə əlaqədardır. İkinci ehtimala görə, bu Putinin keçmişdə kəşfiyyatçı olması ilə əlaqədardır. Analistlər bunu Putinin xüsusi xidmət orqanlarında işləyərkən aldığı təlimlərlə əlaqələndirir. Məsələ burasındadır ki, xüsusi xidmət orqanlarının agentləri adətən silahı sağ qollarının altında və əlləri tətikdə hazır vəziyyətdə daşıyır. Buna görə də, sağ qol sabit qalmağa alışır. / metbuat.az