Putin DƏLİYƏ DÖNDÜ: Ukrayna YERLƏ-YEKSAN EDİLİR, çox sayda ölü və yaralı var - Kiyev yox olmamaq üçün TƏCİLİ KÖMƏK İSTƏDİ

10.10.2022 12:09
8354
Ukrayna

Oktyabrın 10-da səhər saatlarında Rusiyanın raket hücumundan sonra Ukrayna beynəlxalq ictimaiyyətə müraciət edib.

AZSABAH.COM xəbər verir ki, ölkənin daxili işlər nazirinin müşaviri Anton Qeraşşenko bildirib ki, Kiyevə təcili kömək lazımdır.

“Öldürülməyimizi izləməyin. Bu, şou deyil. Bu bizim həyatımızdır”, - o tviterdə yazıb.

A.Qeraşşenko dünya dövlətlərindən döyüş təyyarələri və hava hücumundan müdafiə sistemləri istəyib: “Gecikmələr insan ölümünə səbəb olur. Bizə sağ qalmağımıza kömək edin. Qalib gəlməyimizə kömək edin”.

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba isə bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin yeganə taktikası dinc şəhərlərdə terror törətməkdən ibarətdir: "Amma o, Ukraynanı parçalaya bilməyəcək".

D.Kulebanın fikrincə, bu, həm də tərəfləri sülhə çağıranlara mesajdır: "Putin raketlərlə danışan terrorçudur".

***

Kiyevin mərkəzinə raket hücumu nəticəsində 8 nəfər ölüb, 24 nəfər yaralanıb.

AZSABAH.COM xəbər verir ki, bu barədə Ukrayna daxil işlər nazirinin məsləhətçisi Rostislav Smirnov açıqlama verib.


***

Kiyevin mərkəzində bir neçə partlayış olub.

AZSABAH.COM xəbər verir ki, Kiyevin mərkəzində yerləşən Şevçenko rayonunda ardıcıl bir neçə partlayış olub.

Kiyevlə yanaşı, Ukraynanın Lvov və Dnepr şəhərləri də raket hücumlarına məruz qalıb.