Putin Azərbaycan xalqına MÜRACİƏT ETDİ

08.05.2020 21:41
1540

Rusiya prezidenti Vladimir Putin Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi münasibətilə Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğız Respublikası, Moldova, Özbəkistan, Tacikistan, Türkmənistan və Ukrayna vətəndaşlarını təbrik edib.

AzSABAH.COM “Report”a istinadla xəbər verir ki, Kremlin Mətbuat Xidməti tərəfindən yayılmış təbrikdə faşizm üzərində qələbə qazanmaq üçün ön cəbhədə rəşadət, arxa cəbhədə fədakarlıq göstərənlərin bütün sadalanan ölkələrdə əziz xatirələrinin hörmət və ehtiramla yad edildiyi bildirilir.

Həmçinin Böyük Vətən Müharibəsinin tarixini təhrif etməyə, nasistlərin və onların dəstəkçilərinin törətdiyi bəşəriyyətə qarşı cinayətlərə bəraət qazandırmağa yönələn bütün cəhdlərin qarşısını almağın vacibliyi də qeyd edilir.

Qəhrəmanların xatirəsi sayəsində sadalanan ölkələr arasında konstruktiv əməkdaşlığın, həmçinin koronavirus pandemiyası və başqa təhlükələri dəf etmək üçün birgə səylərin daha da səmərəli olacağı diqqətə çatdırılır.

Loading...

close
close