Professor Eldar Quliyev bu ölkənin yetişdirdiyi dəyərdir

10.11.2022 13:04
1323
636ccd0ce9ea4202211220604

Bir hind məsəlində deyilir ki, ”zülmətdən qurtulmaq üçün arxasınca getmək üçün kimisə axtarma. Həmin yolu bir dəfə getmiş adamın ardınca get”. Tarixin bütün dövlərində cəmiyyətlər inkişaf, yenilik, tərəqqi axtarır. Sözsüz ki, inkişafı, tərəqqini bütövlükdə cəmiyyət obrazında axtarmaq yanlışlıq olar. Çünki cəmiyyətlərin inkişafında lokomotiv qüvvə onun ziyalısıdır. Ziyalılar, aydınlar cəmiyyətin, toplumun mayakıdır. Cəmiyyələri, millətləri xalqları öz təsir dairəsinə salmaq niyyətində olanlar isə ilk növbədə onun ziyalı təbəqəsinə qarşı total hücumlar edir. Azərbaycan xalqı hər zaman özünün mütəfəkkirləri, fikir adamları, ziyalısı ilə bərabər inkişaf edib. Amma təəsüf ki, biz çağdaş dövrümüzdə ziyalılarımıza qarşı bir çox hallarda aparılan “kanpaniyaları”, əks təbliğatları da görməkdəyik. Bunlar təsadüfən edilmir. Cəmiyyətin düşünən beynini, rüşeymini hədəf seçənlər qısa zamanda məkirli “niyyətlərinə” çatmaq istəyir.

Milli Məclisin deputatı, professor Eldar Quliyevə qarşı bir çox hallarda edilən haqsızlıqlar da məhz ziyalı ordusuna olunan hörmətsizlik kimi başa düşülməlidir. Çünki professor Eldar Quliyev kimi ziyalıların əsas məqsədi Azərbaycanda ictimai rəyin formalaşması və ölkənin sabit və davamlı inkişafı üçün zəruri olan mütərəqqi islahatların hazırlanıb həyata keçirilməsidir. Onlar bunun üçün durmadan çalışır. Bu adamların ortaya qoyduğu elmi əsərlər bu günümüz və gələcəyimiz üçün bir örnəkdir. Amma çox təəsüf ki, informasiya kommunikasiya texnologiyalarının getdikcə inkişaf etdiyi dövrdə ölkəmizdə ziyalılara qarşı amansız bir hücumu seyr edirik. Bunu kimlər edir, hər kəs bilir. Bir çox hallarda isə etinasızlıqdan bu cür addımlar atılır. Professor Eldar Quliyevin timsalında Azərbaycan ziyalısına dil uzadan ağzı köpüklülər bəlkə də mahiyyətdən xəbərsizdir. Bəlkə də kimlərinsə sifarişi ilə hərəkət edir. Bunlar aydınlaşması zəruri olan məsələlərdir. Fakt odur ki, bu gün ölkədə ziyalı təbəqə böyük bir hədəf taxtasına çevrilib. Üzü AMEA-dan başlamış yerlədəki ən kiçik elm ocaqlarına qarşı bir etinasızca hücumlar var. Bəzi sayt və media rəhbərləri sanki ölkənin düşünən beyinlərini hədəf alıb. Ağzı süd qoxan bəzi yazarcıqlar, jurnalistlər küçə psixologiyasından, tin jarqonundan uzaqlaşa bilməyənlər ağsaqqal professoru hədəf alır. Bəlkə də bunu özü üçün “qəhrəmanlıq” sayır. Təəsüf ki bu ayıba kimlərsə də ironiya ilə yanaşır.

Buna son qoyulmalıdır. Alim, ziyalı niyə hədəfdə olsun ki...? Bu gün profesor Eldar Quliyevin yazdığı, müəllifi olduğu kitabların çəkisindən on qat  yüngül olan adamlar ona dil uzatmağa cəhd edir. Sözsüz ki, yanılır! O Azərbaycanda yeganə alimdir ki, kitabları BMT kitabxanasındadır. E.Quliyev həmçinin bir neçə dildə yazılmış ərzaq təhlükəsizliyi mövzusunda kitabların müəllifidir. Bəlkədə indiki nəsil onun 90-cı illərdə ölkəmizin həyatında oynadığı rolu bilmir. Orta nəsil buna yaxşı bilir. Ulu öndər Heydər Əliyevin ən yaxın silahdaşı zamanında öz missiyasını uğurla icra edib. Ona görə də, bu gün hər yerindən duran birinin professora qarşı saymazyana hərəkəti faciədir. Çünki elm adamına, ağsaqqala qarşı bu cür davranış bumeranq effekti verəcək. Bunu kimlərsə dərk etməkdə çətinlik çəkər bilər. Özləri üçün feysbuk səhifəsi yaradıb, küncdə, bucaqda professor Eldar Quliyev kimi aydınları “hədəf” almaqla “aypi” yığmağa çalışanlar nə qədər məzlum görünür. Və yaxud bəzi sayt rəhbərləri ... Axı siz haçan böyüdünüz, haçan yekə oldunuz ki, ağsaqqal anlayışına belə biganə yanaşası olduz?.

Amma Azərbaycan cəmiyyəti hər zaman ən prinsipial məqamlarda ziyalısına sahib çıxıb. Eldar Quliyev professor olmaqla yanaşı bu ölkənin yetirdiyi bir dəyərdir. Dəyərlər isə dəyər yaradır. Bunu anlayanlar anlamayanlara izah etsin, lütfən ...!

 

Tapdıq Qurbanlı