Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Nazim İsmayılovun Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
AzSABAH.COM Nazim İsmayılovun dosyesini təqdim edir.
Öncədən qeyd edək ki, çox sayda sakin bu icra başçısından narazı idi. Torpaqların mənimsənilməsi, qəsdən şoranlaşdırılması, sahibkarlara kənd təsərrüfatı üçün şərait yaratmaması, insanlara yuxarıdan aşağı baxması əsas narazılıqlardan idi. Şübhəsiz ki, Prezidentin bu addımı sakinlərin ürəyincə olub.
Nazim İsmayılov 24 iyul 1952-ci ildə Göyçay rayonu Kürdşaban kəndində anadan
olub. 1974-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunu, 1991-ci ildə isə Bakı
Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirib. İxtisasca istilik
energetik mühəndisi və politoloqdur.
Əmək fəaliyyətinə 1974-cü ildə "Sumqayıtkimyasənaye"
İstehsalat Birliyi Oktyabr inqilabının 50 illiyi adına üzvü məhsullar zavodunda
mühəndis kimi başlayıb.
1977-1980-cı illərdə Göyçay Birləşmiş Qazanxana və İstilik Şəbəkələri
idarəsində usta və direktor,
1980-1981-ci illərdə Göyçay rayonu Partiya Komitəsində təlimatçı, şöbə müdiri,
1981-1989-cu illərdə Göyçay rayonu Xalq Nəzarəti Komitəsinin
sədri,
1989-1990-cı illərdə Göyçay rayonu Partiya Komitəsinin
katibi, 1990-1991-ci illərdə Göyçay rayonu Xalq Deputatları Sovetinin sədr
müavini,
1991-1992-ci illərdə Göyçay rayonu İcra Hakimiyyəti
başçısının birinci müavini,
1992-1994-cü illərdə Göyçay rayonu Xalq Deputatları
Sovetinin sədr müavini,
1994-2001-ci illərdə Göyçay rayonu İcra Hakimiyyəti
başçısının birinci müavini,
2001-2006-cı illərdə Göyçay rayonu İcra Hakimiyyətinin
başçısı,
2006-2011-ci illərdə Şamaxı rayonu İcra Hakimiyyətinin
başçısı,
2011-2019-ci illərdə Sabirabad rayonu İcra Hakimiyyətinin
başçısı,
2019-cu ildən Saatlı rayonu İcra Hakimiyyətinin başçısı.
Yeni Azərbaycan Partiyası Siyasi Şuranın üzvüdür.
Ailəlidir, 3 övladı, 4 nəvəsi vardır.