Prezidentin icra başçısı təyin etdiyi şəxslər KİMLƏRDİR? - DOSYE/FOTO

25.07.2022 13:50
423
photo_75896164

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Elvin Nazim oğlu Paşayev Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 

AZSABAH.COM xəbər verir ki, E.Paşayev 2000-ci ildə Bakı Dövlət Universtitetinin Regionşünaslıq fakültəsinin bakalavr dərəcəsini, 2007-ci ildə Regionşünaslıq fakültəsinin magistr dərəcəsini, 2009-cu ildə isə Dövlət İqtisad Universtitetinin maliyyə-kredit fakültəsini bitirib. 

E.Paşayev əvvəlki dövrlərdə Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyində kadrlar şöbəsinin sektor müdiri, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində İnsan resursları və təlim şöbəsinin müdiri vəzifələrində çalışıb. Bununla yanaşı E.Paşayev Dünya Bankı və Avropa Birliyinin layihələrində məsləhətçi-ekspert kimi çalışıb. Azərbaycan İnsan Resursları Assosiasiyası İctimai Birliyinin (AİRA) təsisçilərindən biridir. 

Kənd Təsərrüfatı Nazirliyinin İnsan resursları şöbəsinin rəisi və aparat rəhbərinin müavini vəzifələrini icra edib. 


Prezident İlham Əliyev iyunun 23-də imzaladığı "Dövlət qulluqçularının təltif edilməsi haqqında" sərəncama əsasən Elvin Paşayev “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. 
 

Prezidentin digər sərəncamıyla isə Əkbər Bəxtiyar oğlu Abbasov Lerik Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 

Əkbər Abbasov daha əvvəl Kənd Təsərrüfatı Nazriliyinin nəzdində Aqrar Elm və İnnovasiya Mərkəzinin direktor müavini, daha sonra isə direktoru vəzifəsində çalışıb. Eyni zamanda onun adına 2004-2005-ci illər üçün Prezident təqaüdçülərinin sırasında da rast gəlmək mümkündür.