Prezident Ümummilli Liderin məzarını ziyarət etdi

12.12.2023 12:35
247
65781bcd410ff202312233733
Dekabrın 12-də Azərbaycan Prezidenti İlham Əliyev Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.


AZSABAH.COM xəbər verir ki, Dövlətimizin başçısı Ulu Öndərin məzarı önünə əklil qoyub.

Azərbaycanın Dövlət Himni səsləndirilib.


Dövlət başçısı İlham Əliyev ulu öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini ehtiramla anıb, məzarı üzərinə gül dəstələri qoyub.


Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.