Prezident Administrasiyasının rəhbəri və çox sayda əməkdaşı KORONAVİRUSA YOLUXDU

27.06.2020 15:19
831

Qırğız Respublikası Prezident Administrasiyasının 17 əməkdaşı və rəhbərində koronavirus aşkarlanıb.

“Report” “Kabar”a istinadən xəbər verir ki, bu barədə Qırğız Respublikası dövlət başçısı aparatının İnformasiya siyasəti şöbəsi bildirib.

Qeyd olunub ki, son sutkada aparatın başçısı Dosalı Esenaliyev və daha 8 əməkdaş koronavirusa yoluxub. Bununla prezident aparatının virusa yoluxan əməkdaşlarının sayı 17-yə çatıb.

Loading...

close
close