Prezident Administrasiyasında 5 VƏZİFƏLİ ŞƏXS İŞDƏN ÇIXARILDI - ADLAR

18.05.2020 14:06
887

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 5 əməkdaşı işdən çıxarılıb.

AzSABAH.COM-un xəbərinə görə, şöbənin əməkdaşları - Əli Qazıyev, Orxan Məmmədov, Nəsir Muxtarlı, Əbülfət Rufiyev və  Kamran adlı şəxs tutduqları vəzifədən azad ediliblər.

Xatırladaq ki, sözügedən şöbənin müdiri Zeynal Nağdəliyevdir.

Qeyd edək ki, PA-da Əbülfət Rufiyev İmişli rayonu üzrə “kurator”, Nəsir Muxtarlı isə Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin sektor müdiri vəzifəsində çalışıb.Unikal

Loading...

close
close