Polisdən mafiyaya qarşı BÖYÜK ƏMƏLİYYAT: 91 nəfər tutuldu

12.05.2020 16:06
163

İtaliyanın Palermo şəhərinin polisi mafiyaya qarşı genişmiqyaslı əməliyyat keçirib.

AzSABAH.COM xəbər verir ki, əməliyat nəticəsində 91 nəfər saxlanılıb.

Saxlananlar barəsində şantaj, çirkli pulların yuyulması, narkotik vasitə alveri və digər ittihamlar irəli sürülüb.

Əməliyyat zamanı 15 milyon avro məbləğində əmlak müsadirə olunub.

Anti-mafiya əməliyyatı eyni zamanda İtaliyanın 9 vilayətində keçirilib.

Loading...

close
close