Polis əməliyyat keçirdi - SAXLANILANLAR VAR

14.05.2020 09:21
417

Bakıda narkotik alveri ilə məşğul olan şəxslər aşkar edilib.

AzSABAH.COM xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu ərazisində baş verib. Daxil olan məlumat əsasında Qaradağ rayon Polis İdarəsinin 11-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan qəsəbə sakinləri 1996-cı il təvəllüdlü E.Hacıəliyev və əvvəllər məhkum olunmuş 1987-ci il təvəllüdlü R.Şammədov saxlanılıblar.

Üzərinə baxış zamanı E.Hacıəliyevdən 1,282 qram metamfetamin, 1,07 qram marixuana, R.Şammədovdan isə 1,892 qram metamfetamin aşkar olunaraq götürülüb.

Faktla bağlı Qaradağ rayon Polis İdarəsində araşdırma aparılır.

Loading...

close
close