Polis ƏMƏLİYYAT KEÇİRDİ: cinayətkar dəstə yaxalandı

03.07.2020 12:26
432

Cəlilabadda narkotik vasitələrin dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

AZSABAH.COM-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşlarının daxil olmuş məlumat əsasında Qarazəncir kəndi ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən “VAZ-21015” markalı avtomobilin sürücüsü Bakı şəhər sakini S.Əliyev və sərnişinləri - Yevlax rayon sakinləri R.Quluoğlu, əvvəllər məhkum olunmuş N.Novruzov və Ağdaş rayon sakini O.Mehdizadə saxlanılıblar.

S.Əliyevə məxsus avtomobilə baxış zamanı oradan 1 kiloqram 935 qram heroin, 462 qrama yaxın tiryək və  985 qram metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Loading...

close
close