Polis bu şəxslə bağlı VƏTƏNDAŞLARA MÜRACİƏT ETDİ - FOTO

01.11.2022 10:56
3275
Din
Qazaxda itkin düşən şəxs axtarılır.

AZSABAH.COM-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Qazax rayon Aslanbəyli kənd sakini, 1964-cü il təvəllüdlü Oruc Nəsibovun cari ilin aprel ayının 30-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

O. Nəsibovun əlamətləri belədir: Boyu 175-180 sm, sarışın, arıq bədən quruluşludur.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-295-14-97 şəhər və (055) 275-74-74 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.