Polad Həşimovun qızı bu universitetə qəbul oldu

04.09.2021 10:44
8425
Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun qızı Aybəniz Həşimova Azərbaycan Tibb Universitetinə qəbul olub.

AZSABAH.COM xəbər verir ki, bu barədə Qaynarinfo-ya Polad Həşimovun qaynı Babək məlumat verib.

Aybəniz Həşimova universitetin "Müalicə işi”  ixtisasına daxil olub.
Loading...