"Planet parni iz Baku"nun daha bir üzvü koronavirusa yoluxdu - FOTO

16.06.2020 16:49
408

"Planet parni iz Baku"nun daha bir üzvü koronavirusa yoluxub.

AZSABAH.COM-un Teleqraf-a istinadən xəbərinə görə, "Planet parni iz Baku" komandasında çıxış edən aktyor Mehmet Emin Cəfər koronavirusa yoluxub.

Hazırda Türkiyədə yaşayan Mehmet Emin Cəfər sosial şəbəkədə əməkdar artist Bəhram Bağırzadə ilə fotosunu paylaşaraq "Sənə üzülürdüm, mən də sənin kimi koronavirusa yoluxdum. Allah ikimizə də şəfa versin" şərhini yazıb.

Daha sonra Mehmet Emin Cəfər saytımıza açıqlamasında ikinci dəfə koronavirusa yoluxduğunu deyib: "Birinci dəfə yüngül keçirdim, indiki ağırdı..."


Loading...

close
close