"Pis yola düşməkdənsə, 5 dəfə ailə qurmaq yaxşıdır" - Elza

22.03.2024 20:29
224
65fdb2257bdc3202403243029

"Səhnə adamları ailəyə yox, xalqa məxsusdurlar. Onlar 80 yaşında da ailə qura bilərlər. İnsanlar var efirdə deyib, elə qız alacağam ki, telefonu olmasın. Biri deyib, müğənni almaram, alıb da. O biri qayıdıb, ailə dağıtmaram. Dağıdıb da, boşanıb da. İdmançılar olub ki, deyib, müğənni qız almaram. Alıb, sonra qız da onu boşayıb. Flora Kərimovanın bir sözü var, pis yola getməkdənsə, 5 dəfə ailə qurmaq yaxşıdır".

 

Bu sözləri Əməkdar artist Elza Seyidcahan "Gəl, danış" verilişində deyib. Müğənni ailə qurması haqda sualları cavablandırıb. O bildirib ki, bu yaşdan sonra ailə qurmağı düşünmür. 

 

 

Bacısı ilə küsməsi haqda suala "Bacılarım hər zaman yanımda olub. İstəyirəm, bacılarım özləri addımlayıb, uğur qazansınlar. Məndən də istedadlıdırlar" cavabını verib.