PFL rəhbərliyi Ağdam-Xankəndi yolunda AĞIR QƏZAYA DÜŞDÜ - İkisinin vəziyyəti AĞIRDIR

16.12.2023 14:49
305
657d80d941c0b202312235001
Ağdamda mikroavtobus maneəyə çırpılması nəticəsində xəsarət alanların adları bilinib.

AZSABAH.COM Trend-ə istinadən xəbər verir ki, həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 3 nəfər - Qafarlı Rasim Məmmədrəsul oğlu (1982), Səmədov Elxan Zakir oğlu (1974) və Şahgəldiyev Aslan Yadigar oğlu (1982) müxtəlif xəsarətlərlə nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Trend-in əldə etdiyi məlumata görə, mikroavtobusda qəzaya düşənlər Peşəkar Futbol Liqasının (PFL) əməkdaşları olublar. Elxan Səmədov PFL-in prezidenti, Aslan Şahgəldiyev PFL-in vitse-prezidentidir.

Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində baş verən qəza nəticəsində xəsarət alan 6 nəfər (kişi) 16.12.2023-cü il tarixində saat 07:05 radələrindən başlayaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.

Bu barədə Trend-in sorğusuna cava olaraq TƏBİB-dən məlumat verilib.

Bildiririlib ki, müxtəlif növ bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib:

"Onlardan 2-nin vəziyyəti ağır, 2-nin vəziyyəti orta ağır, 2-nin vəziyyəti isə stabil qiymətləndirilir. Xəsarət alan şəxslər Bakıda yerləşən özəl tibb müəssisəsinə təxliyə olunublar".

Qeyd edək ki, mikroavtobusda qəzaya düşənlər Peşəkar Futbol Liqasının (PFL) əməkdaşları olublar. Elxan Səmədov PFL-in prezidenti, Aslan Şahgəldiyev PFL-in vitse-prezidentidir.

Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyinə Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Qarabağ Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı mikroavtobus yol kənarındakı maneəyə çırpılıb, 3 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 3 nəfər müxtəlif xəsarətlərlə nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.