Pərvinə bağ evini sevgilisi alıb?

07.11.2023 16:03
587
654a283ca84ab202311230620

Aktrisa Pərvin Abıyeva ilk dəfə aldığı dəbdəbəli bağ evindən söz açıb. 

AZSABAH.COM bizim.media-ya istinadən bildirir ki, bu haqda sənətçi sosial şəbəkə hesabında açdığı canlı yayımda danışıb. 

Kişi izləyicisindən gələn "Bağ evini sevgilin alıb?" sualına Abıyeva əsəbiləşərək belə reaksiya verib: 

"Birincisi, o bağ evi alınmayıb, tikdirilib. O bağ evini iki ildən artıqdır, üç ildir ki, tikdirirəm. Sadəcə onu sakit və səssiz-səmirsiz tikirəm. Üç ilə başa gələn bağ evidir. Yəni heç kim, "sevgili-mevgili" almayıb. Özüm şəxsən tikmişəm.

Belə də ki, lap sevgilim tikib və ya tikdirib, bu kimi "tikir"? Bax sənə nə? Kimə nə? Bu informasiya sənə nə verir?". 

Qeyd edək ki, Pərvin Abıyeva bir neçə həftə əvvəl sözügedən yeni villasında özünə təmtəraqlı ad günü məclisi keçirib. 

AZSABAH.COM