Pensiyaçılara ŞAD XƏBƏR: SABAH... - RƏSMƏN ELAN EDİLDİ

16.01.2023 11:17
16880
Manat
Respublika üzrə pensiyaların ödənilməsi yanvar ayının 17-si tarixinə nəzərdə tutulub.

AZSABAH.COM-a bu barədə Dövlət Sosial Müdafiə Fondundan xəbər verilib.

Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyası ödəniləcək.

Qeyd edək ki, ümumi əsaslarla pensiya təyin olunmuş pensiyaçılara ötən il verilən maddi yardımın (200 manat) hər aya düşən məbləği də bu ilin əvvəlindən onların pensiyalarına əlavə edilib və yanvar ayının pensiyaları həmin artımlarla birgə ödənilir.