Pensiyaçılara ŞAD XƏBƏR: SABAH... - RƏSMƏN ELAN EDİLDİ

13.10.2022 09:57
4481
Manat
Ölkə üzrə oktyabrın pensiyalarının ayın 14-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.

AZSABAH.COM-a bununla bağlı Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, 2022-ci ildə verilməsi nəzərdə tutulan 200 manat maddi yardımın sonuncu rüb üzrə ödəniləcək 50 manatı da oktyabr ayının pensiyalarının üzərinə əlavə olunacaq.

Qeyd edək ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.