Pensiyaçılara ŞAD XƏBƏR: bu gündən etibarən... - Mərkəzi Bank AÇIQLADI

01.07.2020 15:29
512

Bu gündən vətəndaşlar əmək pensiyalarını, sosial müavinət, təqaüd və kompensasiya ödənişlərini, eləcə də ünvanlı dövlət sosial yardımlarını istənilən bankın bankomatından, eləcə də “Azərpoçt” MMC-nin istənilən bankomat və ya pos-terminalından faiz tutulmadan əldə edə bilərlər.

AZSABAH.COM
-a Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, bu addım “COVID-19” pandemiyası ilə əlaqədar olaraq xüsusi karantin rejimi müddətində bankomatlar qarşısında vətəndaş sıxlığının idarə olunması məqsədilə atılıb.

Vətəndaşlar sual yarandığı təqdirdə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 - Çağrı Mərkəzinə, Mərkəzi Bankın səlahiyyətlərinə aid məsələlər barədə isə 966 - Qaynar xəttinə zəng edə bilərlər.

Loading...

close
close