Pensiyaçılara ŞAD XƏBƏR: Artıq bu şəxslər...

08.02.2024 13:50
315
65c4a45f9e192202402245231

Azərbaycan və Türkiyə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri pensiya və müavinətlə təminatı, sosial müdafiəsi sahəsində qarşılıqlı fəaliyyət üzrə danışıqlar aparır. Məqsəd hər iki ölkə vətəndaşlarının sosial müdafiə alətləri ilə əhatə olunma dairəsinin genişləndirilməsidir. 

Azsabah.com xəbər verir ki, mövzu ilə bağlı news24.az-a danışan millət vəkili, iqtisadçı Vüqar Bayramov bildirib ki, qonşu və strateji baxımdan yaxın olan ölkələr arasında pensiya sahəsində islahatların gücləndirilməsi çox vacibdir:


"Bu baxımdan Türkiyə ilə Azərbaycan arasında da belə bir əməkdaşlığın genişləndirilməsinə ehtiyac var. Bu, bir tərəfdən pensiya haqlarının - ödənişlərinin tanınması, digər tərəfdən pensiya hüquqlarının qorunması aspektindən çox önəmlidir. Çünki bəzi hallarda vətəndaş qonşu ölkədə çalışır, uzun müddət orada yaşayır və yaşayıb-işlədiyi müddətdə ödənişlər edir. Amma pensiya yaşında öz ölkəsinə qayıdır. Nəticədə ikitərəfli anlaşmaya ehtiyac var ki, onun pensiya ödənişləri məhz öz ölkəsinə qayıtdıqdan sonra tanınsın və pensiya məbləğinə təsir göstərsin. Ona uyğun olaraq da pensiya ala bilsin. Azərbaycan və Türkiyə arasında da oxşar modelin formalaşması və qarşılıqlı olaraq hüquqların tanınması, eləcə də ən yaxşı təcrübələrin transfer edilməsinə ehtiyac var. Bu əməkdaşlıq xüsusən də, işləyib pensiya ödənişi həyata keçirən vətəndaşlarımızın hüquqlarının daha yaxından tanınmasına və qorunmasına imkan verəcək".