Pensiya yaşı çatan bu şəxslərə BÖYÜK MÜJDƏ: BUNDAN SONRA...

08.06.2022 23:11
393
photo_76297945

65 yaşına çatmış şəxslərin əmək müqaviləsinə xitam verilir. 

AZSABAH.COM xəbər verir ki, bu yaşdan sonra işləmək istəyənləri narahat edən məsələlərlə bağlı “Xəzər TV”nin “Xəbər ertəsi” verilişində ətraflı məlumat verilib. Süjetdə mövcud məsələylə bağlı açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin üzvü Vahid Əhmədov da müəyyən edilmiş yaşa çatan işçilərin bir qayda olaraq işdən çıxarılmasının düzgün olmadığını bildirib. Onun fikrincə, uzun müddət əmək prosesində işləyib təcrübə toplamış belə şəxslərin bilik və bacarıqlarından yararlanmaq lazımdır: “Belə müraciətlər bizə də çox olunur. Lakin 65 yaşa çatıb, kifayət qədər iş və əmək qabiliyyəti olan şəxslərin təcrübəsindən bəhrələnmək daha faydalı olar”. 

Dövlət Əmək Müfəttişliyi Xidmətinin sektor müdiri Aynur Osmanqızı deyib ki, 65 yaşdan yuxarı şəxslərin əmək fəaliyyəti ilə bağlı qaydalar özəl və bəzi dövlət müəssisələrinə şamil edilmir: ”Bu qayda elmi müəssisə, təşkilatlar və ali təhsil ocaqları üçün keçərli deyil”.

65 yaşı tamam olan şəxslərin yenidən əmək prosesinə cəlbi üçün də müəyyən qaydalar var. Aynur Osmanqızı bildirib ki, onların əmək müqaviləsi bir ili keçməmək şərti ilə, 5 dəfə olmaqla artıla bilər. Əgər bu müddətdən sonra yaşı 65- dən yuxarı olan şəxslər yenidən əmək fəaliyyəti ilə məşğul olmaq istəsələr, bu şans onlara yenidən verilə bilər: “Yenidən əmək fəaliyyətində iştirak etmələri üçün bu şəxslərin elm, təhsil, mədəniyyət və səhiyyə sahələrinin inkişafında xüsusi xidmətlərinin olması vacibdir”.