Paytaxtda ŞOK OLAY: toy günü bəyi güllələyib ÖLDÜRDÜLƏR

23.01.2021 23:35
4406

Rusiyada dəhşətli qətl hadisəsi baş verib.

AZSABAH.COM bu barədə “Report”a istinadən xəbər verir.

Qeyd olunub ki, Yeni Moskvada yerləşən klubların birində keçirilən toyda naməlum şəxslər bəy və qardaşına odlu silahdan atəş açıb.

Nəticədə hər iki şəxs hadisə yerində keçinib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində bəy və qardaşını qəsdən öldürməkdə şübhəli bilinən iki şəxs saxlanılıb.

Bildirilib ki, qətllər qisas məqsədilə törədilib.

Loading...