Paytaxtda 2 polis VƏHŞİCƏSİNƏ DÖYÜLDÜ - ŞOK HADİSƏ/VİDEO

04.01.2021 23:38
6155

Fransada iki polis 15 nəfərə yaxın şəxsin hücumuna məruz qalıb.

AZSABAH.COM bildirir ki, bu barədə “Report” “Actu17” portalına istinadən xəbər verir.

Qeyd olunub ki, Parisin kənarında, One-su-Bua bölgəsində polislər sənədlərini yoxlamaq üçün motosiklet sürən iki nəfəri saxlayıb. Ancaq onların heç birinin sənədi olmayıb.

Motosikletçilər sənədlərinin evdə olduğunu bildirib və polislər onları evə qədər müşaiyət edib. Lakin bir müddət sonra həmin şəxslər sənədlərlə deyil, 15 nəfərə yaxın şəxslə qayıdaraq polisə hücum ediblər.

Hücumdan sonra ağır xəsarət alan polislər xəstəxanaya yerləşdiriliblər. Hazırda polisə xəsarət yetirən şəxslərin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Loading...