Paytaxt sakin elan saytında döyüş tankını SATIŞA ÇIXARDI - FOTO

29.06.2020 17:08
438

Moskvada T-34 döyüş tankı satışa çıxarılıb.

AZSABAH.COM Apa-ya istinadla xəbər verir ki, paytaxt sakini "Avito" saytında T-34-85 tankının satışı haqqında elan yerləşdirib.

Elanda tankın tam bərpa olunduğu və silahsızlaşdırıldığı vurğulanıb.

Tankın qiyməti elanda göstərilməyib.

Qeyd edək ki, Т-34-85 tankı 1944-cü ildə Sovet İttifaqı qoşunlarının silahlanmasına daxil olan əfsanəvi T-34 tankının modifikasiya olunmuş variantıdır.

Loading...

close
close