Son dövrlər ölkəmizdə koronavirusa yoluxma halları kəskin artıb. Yoluxmaların belə artdığı halda hər kəsi bir sual maraqlandırır.
Sərt karantin qaydaları yenidən tətbiq olunacaqmı?
AZSABAH.COM-un xəbərinə görə, həkim Ramin Nəriman bildirib ki, koronavirus da digər tənəffüs orqanlarının infeksiyası kimi fəsli xarakter daşıyan infeksiyalardan biridir.
“500-600 yoluxma sayı yüksək deyil. Heç bir narahatlığa səbəb yoxdur. Gələcəkdə də buna görə narahat olmağa dəyməz”, – deyə həkim qeyd edib.
Daha ətraflı ARB TV-nin süjetində: