Paşinyana son ŞANS VERİLDİ: sabah 12:00-a KİMİ...

10.03.2021 00:04
2451

Əgər baş nazir Nikol Paşinyan parlament binasının qarşısına gələrək istefa verdiyini və erkən parlament seçkilərini elan etsə, müxalifət binanın girişini açmağa hazırdır.

AZSABAH.COM “Report”a istinadla xəbər verir ki, bu barədə Yerevanda jurnalistlərə mitinqinin təşkilatçılarından biri İşxan Saqatelyan bildirib.

"O, siyasi əksəriyyətə sahibdir. Seçki keçirmək istəyir? Elə indicə elan edirəm, sabah saat 12:00-a qədər Milli Məclisə gəlsin, istefa versin və seçkiləri təyin etsin. Bu, gündəmlə gəlsə, yolu açacağıq" – Saqatelyan deyib.

O, eyni zamanda iddia edib ki, Paşinyan bunu etməyəcək, erkən seçkilərlə bağlı açıqlamalar növbəti yalandır.

Saqatelyanın sözlərinə görə, baş nazirin erkən seçki təyin etmək üçün parlament müxalifəti ilə memorandum imzalamasına ehtiyac yoxdur: onun "Mənim addımım" fraksiyası qanunverici orqanda çoxluq təşkil edir.

Qeyd edək ki, Yerevanda etirazçılar Baqramyan prospektində, Dəmirçyan küçəsində Milli Məclisin girişlərini bağlayaraq orada əlavə çadırlar qurublar.

Loading...