Özbəkistan Prezidenti Gülyanaq Məmmədova ilə bağlı SƏRƏNCAM İMZALADI

30.08.2022 14:13
2914
Gulyanaq

Özbəkistanda azərbaycanlı elm və mədəniyyət xadimləri mükafatlandırılıb.

AZSABAH.COM Özbəkistanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının vokalisti Gülyanaq Məmmədovaya “Özbəkistan Respublikasının Xalq artisti” adı verilib.