Ordumuzun bu gün məhv etdiyi ERMƏNİ ZABİTLƏRİN GÖRÜNTÜLƏRİ YAYILDI - FOTO

05.03.2023 19:20
5457
Ermeni
Xəbər verdiyimiz kimi, Qarabağda kök salan erməni separatçıları növbəti dəfə təxribata əl atıblar. Qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələri Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib.
Qarşı tərəfdən atəş açılıb və baş vermiş atışma nəticəsində hər iki tərəfdən həlak olan və yaralananlar olub.

AZSABAH.COM xəbər verir ki, ermənilərə məxsus Telegram kanalları məhv edilən ermənilərin (polkovnik-leytenant Armen Mayoroviç Babayan, mayor David V. Danielyan və leytenant Ararat Telmanoviç Qasparyan) fotolarını yayıb.
Xatırladaq ki, güllə yarası alan leytenant David Aşotovis Ovsepyan Xankəndidə əməliyyat olunub. Onun vəziyyətinin ağır olduğu deyilir.
Qeyd edək ki, meyitləri və yaralını ərazidən rus sülhməramlılarının əsgərləri aparıb.