Ordumuzdan günorta saatlarında sarsıdıcı zərbə: çox sayda erməni və hərbi texnika məhv edildi

Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ordusunun təxribatlarına qarşı apardığı hərbi əməliyyata bağlı son məlumatlar açıqlanıb.

AZSABAH.COM xəbər verir ki, bu barədə “Caliber” yazıb.

Bildirilib ki, saat 12:15-də səngərlərdə yerləşən qarşı tərəfin canlı qüvvəsi dəqiq atəşlə məhv edilib. Eyni zamanda Ermənistan Silahlı Qüvvələrinin minaatan mövqeyində olan 4 hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, 12:20-də Ermənistanın artilleriya mövqeyində KS-19 zenit topu, 12:28-də döyüş mövqeyindəki "KamAZ" markalı yük maşını məhv edilib.