Ordumuz erməniləri atəşə tutub? - Müdafiə Nazirliyi TƏCİLİ AÇIQLAMA YAYDI

17.04.2023 11:37
4964
Müdafie nazirliyi
"Azərbaycan Ordusu Ermənistan bölmələrinə atəş açmayıb".

AZSABAH.COM-a bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

"Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Basarkeçər rayonunun Zod istiqamətində atəş açılması ilə bağlı Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat yalandır, həqiqəti əks etdirmir", - nazirlikdən bildirilib.