Ordumuz erməni generalı və digər yüksək rütbəli zabitləri MƏHV ETDİ

30.09.2020 00:07
1668

Azərbaycan Ordusunun dəqiq zərbəsi nəticəsində yüksək rütbəli erməni zabitlərinin toplaşdığı bunker dağıdılıb.

AZSABAH.COM xəbər verir ki, Apa-nın hərbi mənbələrdən əldə etdiyi məlumata görə, zərbə "Harop" dağıdıcı dronu vasitəsilə endirilib.

Məlumata görə, bunkerdə Ermənistan silahlı qüvvələrinin bir generalı, bir neçə polkovniki və digər yüksək rütbəliləri olub.

"Zərbənin miqyası bunkerdən kimsənin sağ qurtula bilmədiyini göstərir", - deyə mənbə əlavə edib.

Loading...

close
close