Ordu polkovniki HƏBS EDİLDİ: Türkiyənin verdiyi PUA-ların SİRRİNİ RUSİYAYA SATIRMIŞ - FOTO

12.11.2021 07:36
3498

Türkiyənin Ukraynaya satdığı pilotsuz uçuş aparatları (PUA) ilə bağlı casusluq edən şəxs tutulub.

AZSABAH.COM xəbər verir ki, PUA-nın Ukrayna bazasındakı komandirinin texnologiya məlumatlarını ruslara satdığı iddia edilir.

Ukrayna Milli Kəşfiyyat Xidməti “Bayraktar TB-2”nin yerləşdiyi Ukrayna Hərbi Dəniz Qüvvələrinin 10-cu Dəniz Aviasiya Briqadasının komandiri polkovnik İlya Oleynikin ruslar üçün kəşfiyyat məlumatları topladığını üzə çıxarıb.

Ukrayna əks-kəşfiyyat idarəsi Oleyniki saxlayıb.

Ruslar üçün casusluq edən Oleynikin rus əsgərləri və Krımdakı şəxslərlə əlaqə saxladığı açıqlanıb.

Ukrayna qanunlarına görə, polkovnikin casusluq cinayəti sübuta yetirilərsə, güllələnmə ilə edam olunacaq.


(“Qafqazinfo”)

Loading...