Oqtay Şirəliyev koronavirusla bağlı MÜRACİƏT ETDİ

19.05.2020 12:18
207

"Azərbaycan pandemiyaya qarşı vaxtında ciddi tədbirlər həyata keçirib". 

AzSABAH.COM xəbər verir ki, bunu Səhiyyə naziri Oqtay Şirəliyev deyib. 

O bildirib ki, yalnız səyləri birləşdirərək, məqsədyönlü, düşünülmüş fəaliyyət strategiyasını quraraq pandemiyaya qarşı mübarizədə uğur qazanmaq olar: "Biz beynəlxalq təsisatlarla və dünya birliyi ilə bundan sonra da əməkdaşlıq etməyə hazır olduğumuzu bildiririk. Əminəm ki, bu gün nümayəndə heyətlərinin başçıları, beynəlxalq təşkilatların rəhbərləri tərəfindən səslənən dəyərli fikir və təkliflər koronavirusa qarşı birgə mübarizəmizə kömək edəcək". ("Report")

Loading...

close
close