Operativ Qərargah TƏCİLİ MƏLUMAT YAYDI: BU GÜN...

31.08.2022 16:36
3118
karantin azsabah.com

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 621 yeni yoluxma faktı qeydə alınıb, 648 nəfər müalicə olunaraq sağalıb.

AZSABAH.COM-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 813 437 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 800 127 nəfər müalicə olunaraq sağalıb, hazırda 3 505 aktiv xəstə var. Bu günə qədər 9 805 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 032, bu günə qədər isə ümumilikdə 7 155 246 test icra olunub.