Operativ Qərargah TƏCİLİ MƏLUMAT YAYDI: 9760 nəfər koronavirusdan öldü, yüzlərlə şəxs...

06.08.2022 18:34
236
photo_13792638

Azərbaycanda koronavirusa 452 yeni yoluxma faktı qeydə alınıb, 403 nəfər müalicə olunaraq sağalıb.

AZSABAH.COM-a bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Məlumata görə, koronavirusa yoluxmuş 5 nəfər vəfat edib.

Ölkədə bu günədək ümumilikdə 801 470 nəfərin koronavirus infeksiyasına yoluxması halı aşkarlanıb. Onlardan 788 612 nəfər müalicə olunaraq sağalıb, 9 760 nəfər vəfat edib, aktiv xəstə sayı 3 098 nəfərdir.

Son sutka ərzində 3 750, hazırkı dövrədək isə 7 066 158 test aparılıb.